GFB Azərbaycan Haqqında Ümumi Məlumat

Genç Fenerbahçeliler Azərbaycan azərkeş qrupu 2011-ci ildə Fenerbahçe klubunun Genç Fenerbahçeliler qrupunun Azərbaycanda ilk və tək rəsmi təmsilcisi olaraq yaradılmışdır. Yarandığımız ildən bu yana daim məqsədimiz Azərbaycandakı Fenerbahçe azarkeşlərini bir araya toplamaq, uzaqlarda olsaq belə Fenerbahçemizə daim sevgimizi göstərməkdir. Etdiyimiz tədbirlərdə də məqsədimizin idman deyil Fenerbahçe olduğunu dəfələrlə sübut etmişik. Fenerbahçenin hər hansısa bir komandasının özünü Bakıda yad hiss etməməsi üçün hər zaman tribunalarda olmuşuq. Aramızda kilometrlərlə məsafə olmasına baxmayaraq Fenerbahçenin hər oyununda baxdığımız məkanı Kadıköyə çevirmişik və əlimizdən gəldiyi qədər də bu məsafələri qət edib Fenerbahçemizə dəstək olmağa can atmışıq. Fəaliyyətimiz boyunca ilk və tək məqsədimiz olan Fenerbahçeyə dəstək və azərbaycanlı Fenerbahçeliləri bir araya toplamağı özümüzə borc bilir və sizi də bizim sıralarda görmək istəyərik.



HƏR ŞEY FENERBAHÇE ÜÇÜN